Həbsdəki qardaşına narkotik gətirən şəxs tutuldu

13:42 - 19 İyul 2024 - HADİSƏ

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin keçirdiyi tədbirlərlə Bakı İstintaq Təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb.

Ucnoqta.az xəbər verir ki, həbs edilmiş şəxs Elmin Rahim oğlu Məmmədovla görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman şalvarının cibində gizlətdiyi 2 ədəd bükülüdə 0,440 qram qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğunu xatırladıb.

Xəbər xətti