Sinqapur sahillərində yanan tankerdən 36 nəfər xilas edilib

13:31 - 19 İyul 2024 - DÜNYA

Sinqapur sahillərində yanan iki neft tankerinin 36 ekipaj üzvü xilas edilib, qalan 26 nəfər isə yanğının söndürülməsinə cəlb olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinqapurun Dəniz və Liman Administrasiyasının saytında dərc edilmiş bəyanatda deyilir.

Məlumata görə, iki tankerin göyərtəsində ümumilikdə 62 nəfər olub və onların arasında Sinqapur vətəndaşı olmayıb. Ölkənin Hərbi Dəniz Qüvvələrinə məxsus RSS Supreme gəmisi Hafnia Nile gəmisinin 16 ekipaj üzvünü xilas edib. Xilasedici salda olan daha 6 nəfər Malayziya gəmisi tərəfindən xilas edilib və RSS Supreme təhvil verilib.

Hadisə yerində olan Sinqapur təchizat gəmisi "Dolphin 1" Ceres I tankerindən 14 ekipaj üzvünü götürüb, onlardan ikisi Hərbi Hava Qüvvələrinin helikopteri ilə Sinqapurdakı xəstəxanaya təxliyə edilib. Tankerin qalan 26 ekipaj üzvü göyərtədəki yanğının söndürülməsi əməliyyatında iştirak edir.

Hadisənin ərazidə nəqliyyatın hərəkətinə təsir göstərmədiyi qeyd edilir.

Xəbər xətti