"Linkoln" - "Qarabağ" görüşünün hakimləri açıqlanıb

16:49 - 18 İyul 2024 - İDMAN

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə "Linkoln"a (Cəbəllüttariq) qarşı keçirəcəyi oyunun hakim təyinatı açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, qarşılaşmaya təyinat alan macarıstanlı hakimlər briqadasına FIFA referisi İştvan Vad rəhbərlik edəcək.

Vencel Tot və İştvan Albert köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. Bence Şonka isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Linkoln" - "Qarabağ" oyunu iyulun 23-də Cəbəllüttariqdəki "Europe Point Stadium"da baş tutacaq. Qaşrılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.

Xəbər xətti