Litva Ukraynaya 4 milyon avrodan çox olan elektrik avadanlıqları verəcək

11:59 - 20 İyun 2024 - DÜNYA

Dəyəri 4 milyon avrodan çox olan elektrik avadanlıqları Litvadan Ukraynaya təhvil veriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Litvanın "Litqrid" şəbəkə operatoru məlumat yayıb.

Bildirilir ki, şəbəkələrin kontinental Avropa ilə sinxronizasiyaya hazırlanması və onların modernləşdirilməsi çərçivəsində yarımstansiyalarda işləyən və istifadə oluna bilən avadanlıqlar sökülür.

Sökülən avadanlıq, o cümlədən avtotransformatorlar Ukraynaya veriləcək. Operatorun sözlərinə görə, bu elektrik avadanlığının Ukraynaya çatdırılması qismən Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək.

Xəbər xətti