Küveytdə yaşayış binasında baş verən yanğında 35 nəfər ölüb

12:52 - 12 İyun 2024 - DÜNYA

Küveytin cənubundakı Manqaf şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində azı 35 nəfər ölüb

Ucnoqta.az xəbər verir ki, bu barədə Küveytin KUNA xəbər agentliyi məlumat yayıb. Məlumata görə, yanğın nəticəsində 15 nəfər yaralanıb. Yaralıların hamısı Əl-Adan və Cəhra da daxil olmaqla bir neçə yaxınlıqdakı xəstəxanalara aparılıb

Yanğın yerində təcili tibbi yardım qrupları və yanğınsöndürənlərin səyləri davam edir.

Yanğınla bağlı digər təfərrüatlar verilməyib.

Xəbər xətti