AzTU texnoparkı müdafiə sənayesi klasteri əsasında qurulur

12:48 - 12 İyun 2024 - Cəmiyyət

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, Nabran Təhsil İstirahət Mərkəzində keçirilən iclasda AzTU-da dərsliklər, dərs vəsaitləri, tədris üçün təqdimatlar, monoqrafiyalar və tədris-metodiki vəsaitlərin hazırlanması və tərtibi qaydaları geniş müzakirə edilərək qəbul olunub.

Fakültələrin akademik fəaliyyətinə dair dekanların hesabatı dinlənilib. 2024/2025-ci tədris ilində yeni açılan ixtisaslar üzrə tədris planları təsdiq olunub. Beynəlxalq Biznes Məktəbinin tərkibində yeni Biznesin idarə edilməsi kafedrası yaradılıb. 

AzTU texnoparkının yenidən qurulması və rezidentlərin qeydiyyatı qaydaları qəbul edilib. Texnoparkın müdafiə sənayesi klasteri əsasında fəaliyyət göstərməsi qərara alınıb.

Universitetin tarixi ənənəsini və gələcək texnoloji uğurlarını artırmaq üçün AzTU Məzun Assosiasiyası təsis edilib.

Xəbər xətti