Norveç və Aİ təhlükəsizlik üzrə tərəfdaşlıq bəyannaməsi imzalayıb

12:59 - 29 May 2024 - DÜNYA

Norveç Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlığa dair birgə bəyannamə imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Byorn Arild Qram Aİ-də təhlükəsizlik üzrə Şuman Forumunda bildirib.

Nazir onu da qeyd edib ki, Norveç artıq Avropa İttifaqı ilə silah istehsalı, ordunun döyüş qabiliyyətinin gücləndirilməsi, eləcə də Ukraynaya yardımın göstərilməsi məsələlərində sıx əməkdaşlıq edir.

Xəbər xətti