Banqladeşdə ölənlərin sayı 30-u ötüb

10:44 - 29 May 2024 - Xəbər

Banqladeşdə mövsümün ilk "Remal" siklonunun təsiri nəticəsində 30-dan çox insan həyatını itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “New Age” xəbər portalı məlumat yayıb.

Məlumata görə, insanlar əsasən elektrik cərəyanı vurması, evlərin uçması, sel və torpaq sürüşməsi zamanı ölür. 

Təbii fəlakət Banqladeşin şimalı istisna olmaqla, demək olar ki, bütün ərazisini əhatə edib.

Xəbər xətti