Lerikdə istirahət mərkəzində bədbəxt hadisə

15:04 - 28 May 2024 - HADİSƏ

Lerikdə istirahət mərkəzlərinin birində 14 yaşlı yeniyetmə körpüdən yıxılıb. 

Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib. 

Bakı sakini 2010-cu il təvəllüdlü H.B ehtiyatsızlıqdan körpü üstündən aşağı düşüb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. 

Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir. 

Xəbər xətti