Məşhur serialın aktyoru qarətçilər tərəfindən öldürülüb

07:45 - 27 May 2024 - DÜNYA

Cinayətkarlar "Westworld" serialının aktyoru 37 yaşlı Conni Vektoru avtomobilini qarət edərkən güllələnib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor quldurları görüb və onları dayandırmağa çalışsa da, həmin şəxslər ona atəşlə cavab veriblər. Ehtimal olunur ki, Vektoru avtomobilindən katalizatoru çıxarmağa çalışan üç quldurdan biri öldürüb.

Cinayətkarlar hadisə yerindən qaçıblar və hazırda onların axtarışları aparılır.

Aktyor yerli xəstəxanaya çatdırılsa da, həkimlər onun öldüyünü bildiriblər.

Vektor 1986-cı ildə anadan olub və "Westworld", "Wolf Law", "Criminal Minds", "Firehouse 19" və digər seriallarda çəkilib.

Xəbər xətti