Hindistanda 1,1 milyon insan təxliyə edildi

00:01 - 27 May 2024 - DÜNYA

 Hindistanın şərqindəki Qərbi Benqal əyalətinin sahilyanı ərazilərindən güclü Remal siklonu səbəbindən təxminən 1,1 milyon insan təxliyə edilib.

Ucnoqta.az xəbər evrir ki, bu barədə NDTV məlumat yayıb. Məlumata görə, səlahiyyətlilər həmçinin Benqal körfəzindəki əyalətdəki turistlərə otellərini tərk edərək daha təhlükəsiz yerlərə köçməyi tövsiyə ediblər.

Bildirilir ki, Banqladeşdə qonşu Qərbi Benqalda təbii fəlakətin vurduğu sahil bölgələrindən 800 min insan təxliyə edilib. Hindistan Meteorologiya İdarəsinin məlumatına görə, siklon artıq Banqladeşə və Hindistanın şərq sahillərinin bəzi hissələrinə çatıb. Şiddətli küləyin sürəti 120-135 km/saat olub.

Xəbər xətti