Tayvan sahillərində 5,2 bal gücündə zəlzələ baş verib

12:57 - 22 May 2024 - DÜNYA

Tayvanın şərq sahillərində 5,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 5,3 km dərinlikdə dənizdə yerləşib.

Dağıntılar, tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib.

Xəbər xətti