Səfir: Ukraynanın yenidənqurmasında Azərbaycanın dəstəyinə görə minnətdarıq

15:33 - 28 Aprel 2024 - Xəbər

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev ölkəsinin yenidən qurulmasından Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Bu gün [akademik] Zərifə Əliyevanın doğum günündə İrpin Azərbaycan Mədəniyyəti Gününü qeyd edir. Ukraynanın yenidən qurulmasında, xəstəxananın, məktəbin və s. bərpasında Azərbaycanın dəstəyinə görə minnətdarıq. Azərbaycan və Ukrayna arasında dostluğun möhkəmlənməsində əməyi olan hər kəsə təşəkkür edirik!”, – o yazıb./report

Xəbər xətti