Roza Zərgərli akademiyada dərs deyir

16:14 - 24 Aprel 2024 - MAQAZİN

Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətə başladığını bildirib. 

Modern.az-ın məlumatına görə, o, İncəsənət fakültəsində dərs deyir. 

Müğənni Azərbaycan teatr tarixi, Dünya teatr tarixi, Dram nəzəriyyəsi kimi fənləri tədris edir və 2016-cı ildən həmin akademiyanın doktorantıdır. 

Məlumata görə, o, fəlsəfə doktoru proqramı üzrə “Müstəqillik dövrü Azərbaycan teatrında türkdilli xalqlar dramaturgiyasının səhnə təcəssümü “ adlı dissertasiya üzərində çalışır və müdafiə ərəfəsindədir. 

Xəbər xətti