Pakistanda partlayış olub

08:23 - 19 Aprel 2024 - DÜNYA

Kəraçidə baş verən partlayış nəticəsində azı 3 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Geo telekanalı məlumat yayıb.

Məlumata görə, içərisində əcnəbilərin olduğu furqona iki kamikadze hücum edib. Hadisə nəticəsində zərərçəkənlər xəstəxanaya yerləşdirilib. İki nəfər ağır yaralanıb. Ölənlərin yerli sakinlər olduğu qeyd edilir. 

Hücumu həyata keçirən terrorçular zərərsizləşdirilib. Hadisə yerindən bir çanta qumbara və bir Kalaşnikov avtomatı tapılıb.

Xəbər xətti