Bakıda oğul atasını küt alətlə döyüb

23:46 - 18 Aprel 2024 - SİYASƏT

Bakının Suraxanı rayonunda ailə-məişət zəmnində baş verən mübahisə zamanı yaşlı kişi başından ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

1969-cu il təvəllüdlü Təhməzov Süleyman Sərxan oğlu yaşadığı evdə oğlunun hücumuna məruz qalıb.

Oğlu atasının başına küt alətlə ağır xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Fakt Suraxanı Rayon Polis İdarəsində araşdırılır

Xəbər xətti