Fatmayı qəsəbəsində oğurluq olub

10:33 - 18 Aprel 2024 - HADİSƏ

Fatmayıda evdən 8 min manat və 8 min manatlıq qızıl oğurlanıb

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Fatmayı qəsəbəsində evlərin birindən 8000 manat pul və 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən İlkin Həşimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti