Bakıda 7 yaşlı uşağı motosiklet vurub

00:39 - 17 Aprel 2024 - HADİSƏ

Bakının Nərimanov rayonunda 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, 2017-ci il təvəllüdlü N.Əliyeva yolu keçərkən motosiklet onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .

Xəbər xətti