Zooparkda baş verən yanğında 200-dən çox heyvan ölüb

11:24 - 16 Aprel 2024 - DÜNYA

 Yevpatoriyadakı Tropikpark zooparkında baş verən yanğında 200-dən çox heyvan ölüb.

Ucnoqta.az xəbər verir ki, bu abrədə zooparkdan TASS-a bildirilib.

zoopark nümayəndəsi qeyd edib ki, bütün heyvanlar ölb.

Onun sözlərinə görə, yanğına ilkin səbəb soyuducunun naqillərində baş vermiş qısaqapanma olub.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatına görə, yanğın gecə saatlarında Tokarev küçəsində baş verib. Birmərtəbəli binanın dam örtüyü yanıb. Saat 04:00-da yanğın lokallaşdırılıb, yanğının sahəsi 625 kvadratmetr olub.

Xəbər xətti