Şəxsiyyət vəsiqəsi tam rəqəmsallaşdırılacaq - Nazir

11:22 - 16 Aprel 2024 - Cəmiyyət

Bu ilin sonunadək dövlət tərəfindən təqdim olunan doğum, nikah, ölüm haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin tam rəqəmsallaşdırılması ilə bağlı müvafiq qanunvericililiyə dəyişikliklər ediləcək.

Ucnoqta.az “APA-Economics”ə istinadla xəbər verir ki, bunu Azərbaycan İnsurtech Zirvəsində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, qeyd olunan sənədlər (şəhadətnamələr və şəxsiyyət vəsiqəsi – red.) həyat hadisələri ilə bağlı dövlət tərəfindən insanlara, cəmiyyətə təqdim olunan xidmətlərin təxminən 40%-ni təşkil edir.

Nazir qeyd edib ki, bu ilin axırına kimi bu sənədlərin tam rəqəmsallaşdırılması ilə bağlı qanunvericiliyə 250-dən artıq akt, müvafiq dəyişikliklər ediləcək.

“İlik sonunadək bu dəyişiklikləri etməklə, biz hesab edirik ki, dövlət və biznes, dövlət və vətəndaş arasında olan tranzaksiyaların böyük əksəriyyəti artıq elektron formata keçəcək”, - deyə nazir vurğulayıb.

Xəbər xətti