İran güc tətbiq etmək qərarına gəlsə, ... - Baydendən XƏBƏRDARLIQ

23:21 - 12 Aprel 2024 - DÜNYA

İranın Suriyadakı səfirliyinin konsulluq bölməsinə İsrailin son hücumuna cavab olaraq hərbi güc tətbiq etmək niyyətində olsa, Tehran buna nail olmayacaq.

Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden belə bir bəyanatla çıxış edib.

"Biz İsraili dəstəkləyəcəyik, İsrailin qorunmasına kömək edəcəyik. İran isə buna nail olmayacaq".

Eyni zamanda Amerika lideri Tehranı hazırkı vəziyyətdə güc tətbiq etməməyə çağırıb.

İndi İrana hansı siqnal göndərmək istədiyi sualına Bayden cavab verib. "Etməyin".

Xəbər xətti