Finlandiya ABŞ-dan F-35 qırıcıları üçün 96 milyonluq aviabombalar alacaq

13:04 - 1 Mart 2024 - DÜNYA

Finlandiya Müdafiə Nazirliyi ABŞ-dan F-35 qırıcıları üçün 96 milyon dollardan çox silah - JDAM və SDB-I hava bombaları alacaq.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin press-relizində deyilir.

Bildirilir ki, satınalma 2024-2030-cu illər üçün JDAM və SDB-I bomba sistemləri, avadanlıqları və xidmətlərini əhatə edir. Alışa bombalardan əlavə BRU-61 buraxılış qurğuları, təlim materialları, təlimatlar, ehtiyat hissələri, aksesuarlar, nəqliyyat xidmətləri, həmçinin istehsalçı və təchizatçıdan təlim və dəstək xidmətləri daxildir.

Xəbər xətti