Səfərbərlik Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi işdən çıxarıldı

10:00 - 1 Mart 2024 - Xəbər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi işdən çıxarılıb.

"Report"un məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Müvafiq əmrlə Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əlsafa Məmmədov işdən azad edilərək, sərəncama götürülüb.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib.

Xəbər xətti