Livanda islam müqaviməti komandiri öldürülüb

18:06 - 26 Fevral 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA Livanın cənubunda İslam müqavimət döyüşçülərini daşıyan avtomobilə zərbə endirib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Tire yaxınlığındakı Məcadil bölgəsində magistral yolda avtomobilə endirilmiş zərbə nəticəsində şəxsiyyəti məlum olmayan səhra komandirlərindən biri ölüb.

Portalın məlumatına görə, öldürülən şəxsin "Hizbullah"a, yoxsa Fələstin HƏMAS hərəkatına mənsub olduğu hələlik məlum deyil.

Xəbər xətti