ABŞ səfiri Xocalı soyqırımı ilə bağlı başsağlığı verib

11:00 - 26 Fevral 2024 - Xəbər

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

"Bu gün biz Azərbaycan xalqının kədərini paylaşaraq, 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-ın adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək bizim borcumuzdur", - səfir bildirib.

Xəbər xətti