Hindistan və Yaponiya birgə təlimlərə başlayıb

10:54 - 26 Fevral 2024 - DÜNYA

 Hindistan və Yaponiya ordusunun quru qüvvələri Racastan ştatının qərbindəki Mahacan poliqonunda beşinci illik “Dharma Guardian” taktiki təliminə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb. Bildirilir ki, martın 9-dək davam edəcək manevrlərin məqsədi iki ölkənin hərbi qulluqçuları arasında döyüş əməkdaşlığını gücləndirmək və birgə əməliyyatlarda qarşılıqlı fəaliyyəti artırmaqdır. Təlimlərdə Yaponiya Silahlı Qüvvələrinin 34-cü Piyada Alayının və Hindistan Ordusunun Rajputana Tüfəngləri Batalyonunun hərbi qulluqçuları iştirak edir.///tass

Xəbər xətti