"Nə qədər işlər görülsə də, bu cür hallar baş verir" - Bahar Muradova

10:36 - 26 Fevral 2024 - Xəbər

Uşaqlara qarşı bullinqlə bağlı dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət həyata keçiririk.

Ucnoqta.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bullinqə məruz qalan uşaqlar barədə sualı cavablandırarkən deyib. O deyib ki, bu cür hallardan heç kəs sığortalanmayıb:

"Nə qədər işlər görülsə də, bu cür hallar baş verir. Baş verənlər işlərin görülməməsindən deyil. Nə qədər ki, insan, cəmiyyət var, bu cür hallar da olacaq. Düşünürəm ki, bu istiqamətdə işlər aparmaqla müəyyən qədər bu cür halların qarşısını ala bilərik. Biz hüquqi dövlətdə yaşayırıq. Hər kəs hüquqlarını bildiyi kimi, öhdəliklərini də bilməlidir. Hüquq-mühafizə orqanlarının gördüyü işə böyük inamım var. İnanıram ki, onlar heç bir halda ədalətsizliyə yol verə bilməzlər. Təbii ki, günahı olmayan şəxsin də bir gün günahsızlığı sübut olunacaq".

Xəbər xətti