Pakistan Müsəlman Liqası ölkədəki bütün tərəfləri dialoqa çağırıb

08:14 - 26 Fevral 2024 - DÜNYA

Hazırda ətrafında İslam Respublikasının hakim koalisiyasının formalaşdırıldığı Pakistan Müsəlman Liqası (P) ölkənin vahid inkişafı strategiyasını hazırlamaq üçün ümumpartiya qurultayı keçirmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti Milli Assambleyanın (parlamentin aşağı palatası) PML-N deputatı Ayaz Sadiqə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, PML-N siyasi opponentlərə qarşı repressiya siyasəti yürütmək niyyətində deyil. Əvəzində “nəvazistlər” hər bir partiyanın liderləri ilə əlaqə saxlayaraq onları dövlətin ümumi maraqları naminə geniş dialoqa dəvət edəcəklər”.

Sadiqin sözlərinə görə, Pakistan artıq “qütbləşmə siyasətinə dözə bilməz”.

Xəbər xətti