Zaqatalada dördotaqlı ev yanıb

23:30 - 25 Fevral 2024 - ÖLKƏ İÇİ

Zaqatalada dördotaqlı fərdi yaşayış evində yanğın olub.

Yanğın rayonun Aşağı Tala kəndində, kənd sakini Kənan Hacıməhəmməd oğlu Rəcəbova məxsus, ümumi sahəsi 100 kvadratmetr olan kürsülü birmərtəbəli dördotaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində 40 kvadratmetr olan bir otağın yanar konstruksiyası əşyaları ilə birlikdə və daş örtüyünün 10 kvadratmetrlik sahəsi yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti