AYNA-nın nizamnamə fondu kəskin artırıldı - FƏRMAN

14:59 - 7 Dekabr 2023 - Xəbər

Prezident İlham Əliyev 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, agentliyin nizamnamə fondu kəskin artırılaraq 5 642 390 manatdan 245 157 852 manata çatdırılıb.

Xəbər xətti