Finlandiya Rusiya ilə bağlanmış sərhədi açmağa hazırlaşır

13:19 - 7 Dekabr 2023 - DÜNYA

Finlandiya dekabrın 14-də Rusiya Federasiyası ilə şərq sərhədində keçid məntəqələrini açmağa hazırlaşır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Cənub-Şərqi Finlandiyanın Sərhəd Mühafizə Xidmətinin komandirinin müavini Heikki Ahtiainen Yle-yə verdiyi şərhdə bildirib.

"Sərhəd maneələrinin sökülməsinə bir neçə saat vaxt ayrılıb. Nəqliyyatın bərpası çox vaxt aparmayacaq", - Ahtiainen deyib.

Onun sözlərinə görə, sərhədçilər bütün maneələri dərhal aradan qaldırmayacaqlar, çünki nə vaxtsa keçid məntəqələri yenidən bağlanmalı olacaq.

O əlavə edib ki, sərhəd xidməti ölkənin şərq sərhədində məhdudiyyətləri uzatmağa hazırdır.

Xəbər xətti