Şamaxıda BMW aşıb, bir ailənin 3 üzvü həlak olub -  FOTO (YENİLƏNİB)

19:35 - 5 Dekabr 2023 - HADİSƏ

Şamaxıda BMW aşıb, 3 nəfər həlak olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a bildirilib ki, hadisə dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Göylər kəndi ərazisində baş verib.

“BMW” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində avtomobildə olan sürücü və sərnişinlər, Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

18:54

Şamaxıda avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, BMW markalı avtomobil yoldan çıxaraq aşıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində bir neçə nəfər dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Xəbər xətti