Qubada küçəyə tullantı atanlar cərimələnib

11:49 - 5 Dekabr 2023 - ÖLKƏ İÇİ

Qubada tullantıları urnalardan kənara atan 11 nəfər şəxs aşkarlanıb.

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan ümumilikdə 11 nəfər şəxs müəyyən olunub.

Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.

Xəbər xətti