Vaksin olunan uşaqlar da qızılcaya yoluxa bilərlər - VİDEO

10:44 - 5 Dekabr 2023 - Cəmiyyət

Qızılcaya qarşı bir dəfə vaksin olunan uşaqlar virusa yenidən yoluxa bilərlər.

Ucnoqta.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında həkim Adil Qeybulla deyib.

Həkim bildirib ki, yayılan qızılcanın hansısa virusdan qaynaqlandığı ilə bağlı yayılan iddialar əsassızdır. Onun sözlərinə görə, hazırda yayılan xəstəliyi törədən də eyni qızılca virusudur. Həkim qızılcadan ölümün əsas səbəblərini də açıqlayıb.

Adil Qeybulla hesab edir ki, epidemioloji vəziyyətin pisləşməsi uşaqların müəyyən qisminin peyvənd olunmaması ilə bağlıdır.

Onun sözlərinə görə, valideynlərin bu məsələyə vaxtında ciddi yanaşmaması vəziyyəti bir qədər çətinləşdirib. Nəticədə yoluxmalar kəskin artıb.

Həkim əlavə edib ki, epidemioloji vəziyyəti nəzərə alaraq, icbari peyvəndləmə başlanmalıdır.

 

Xəbər xətti