Venesuela hərbçiləri 3,5 ton narkotik daşıyan gəmini saxlayıb

09:50 - 5 Dekabr 2023 - Xəbər

Venesuela silahlı qüvvələri Fransa hərbçiləri ilə birgə keçirdiyi əməliyyatda 3,5 ton kokain daşıyan gəminin qarşısını alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər, Ədliyyə və Sülh Nazirliyinin bəyanatında deyilir.

Qeyd edilir ki, kəşfiyyat işləri nəticəsində hər iki ölkənin sahil mühafizə bölmələri Barbadosdan 260 dəniz mili cənub-qərbdə “Don Teofilo” gəmisinin qarşısını alıb və 8 Venesuela vətəndaşını əsir götürüb.

 

"Əməliyyat zamanı ümumi çəkisi 3500 kiloqram kokain olan 119 bağlama narkotik maddə aşkar edilib. Məlum olub ki, gəmi müvafiq yoxlamalardan keçərək Sucre [Venesuela] əyalətindən qanuni yola çıxıb, ona görə də güman edilir ki, narkotiklər təyinatı naməlum açıq dənizdə alınıb”, - məlumatda deyilir.

Xəbər xətti