Goranboyda qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb

09:31 - 2 Dekabr 2023 - HADİSƏ

Goranboy rayonu Xoylu kəndində qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

“Report”un məlumatına görə, 1979-cu il təvəllüdlü Gülmirə Fərmanova səhər saatlarında mətbəxdə olan qaz sobasını yandırmaq istəyən zaman kiçik partlayış olub.

O, hər iki əlindən və üz nahiyəsindən yanıq xəsarətləri alıb.

Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti