Ukrayna əks-hücum zamanı istədiyi nəticəni əldə edə bilmədi
Ucnoqta.az xəbər verir ki, bunu Ukrayna prezidenti Voldomir Zelenski AP agentliyinə müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, Ukrayna müttəfiqlərindən bütün lazımi silahları almayıb və Müdafiə Qüvvələrinin məhdud sayda olması onun sürətlə irəliləməsinə imkan vermir.
"Ancaq bu, təslim olmalıyıq, təslim olmalıyıq demək deyil. Biz öz hərəkətlərimizə arxayınıq. Biz özümüzə məxsus olan üçün mübarizə aparırıq", - Zelenski vurğulayıb.