Girovların azad edilməsi, HƏMAS-ın məhv edilməsi - İsrail hədəflərini açıqladı

11:07 - 1 Dekabr 2023 - DÜNYA

İsrail Qəzza zolağında hərbi əməliyyatların bərpası çərçivəsində girovları azad etməyi və Fələstinin HƏMAS radikal hərəkatını məhv etməyi hədəfləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS baş nazir Benyamin Netanyahunun ofisinə istinadən məlumat yayıb.

“Hərbi əməliyyatlara qayıdaraq vurğulayırıq: İsrail hökuməti müharibənin məqsədlərinə çatmağa hədəfləyir”, - mesajda deyilir.

Yəhudi dövlətinin baş nazirinin ofisi qeyd edib ki, əsas vəzifələr girovların azad edilməsi, HƏMAS-ın məhv edilməsi və Qəzza zolağının İsrail sakinləri üçün bir daha heç vaxt təhlükə yaratmayacağına dair təminatların əldə edilməsidir.

Dekabrın 1-də İsrail Ordusu Qəzza zolağında hərbi əməliyyatların bərpa olunduğunu təsdiqləyib.

Xəbər xətti