Ağ Ev Konqresi Ukraynaya yardım paketini nəzərdən keçirməyə çağırıb

00:47 - 1 Dekabr 2023 - DÜNYA

ABŞ administrasiyası digər prioritet büdcə məsələləri ilə əlaqələndirmədən, Ukraynaya ayrıca yardım göstərilməsinin mümkünlüyünü nəzərdən keçirən Konqresə qarşı olduğunu bildirib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi müntəzəm brifinqdə ABŞ hökumətinin razılaşmağa hazır olub-olmaması sualını şərh edərkən deyib: “Biz Konqresdən bütün dörd prioritetin həllini, dördünü də maliyyələşdirməsini istəyirik”.

"Biz istəyirik ki, onlar mümkün qədər tez bu barədə hərəkətə keçsinlər" - Ağ Ev sözçüsü deyib.

Onun sözlərinə görə, ABŞ hökumətinin icraedici qolu qanunvericilik orqanından "bu dörd komponentin hamısı üzrə hərəkət gözləyir: İsrail, Ukrayna, Hind-Sakit okean regionu və sərhəd nəzarəti".

Xəbər xətti