Hindistan Müdafiə Nazirliyi 26,7 milyard dollarlıq silah alır

16:19 - 30 Noyabr 2023 - DÜNYA

Hindistanın Müdafiə Nazirliyi Tejas döyüş təyyarələri və yüngül döyüş helikopterləri də daxil olmaqla müxtəlif müqavilələr çərçivəsində 26,7 milyard dollarlıq silah alışını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyi mətbuata açıqlamasında bildirib.

"Müdafiə Alma Şurası silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsinə yönəlmiş ümumi dəyəri 2,23 trilyon rupi (26,7 milyard dollar) olan satınalma təkliflərini təsdiqləyib. Yüngül Döyüş Helikopterləri  və Yüngül Qırıcı Təyyarə Mk 1A üçün satınalma proqramları təsdiq edilib”, - press-relizdə deyilir.

Yerli mətbuatın məlumatına görə, nazirlik çərşənbə günü 97 Tejas döyüş təyyarəsi və 156 Prachand helikopterinin alınmasını təsdiqləyib. Bu müqavilələrin ümumi dəyəri təxminən 13 milyard dollar ola bilər, lakin son qiymət istehsalçı Hindustan Aeronautics Limited (HAL) ilə danışıqların mövzusu olaraq qalır. Razılaşdırıldıqdan sonra Baş nazirin sədrlik etdiyi Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsi sövdələşməni yekun təsdiqləyəcək.///tass

Xəbər xətti