Şəkidə 7 yaşlı məktəblini maşın vurub

16:56 - 3 Oktyabr 2023 - HADİSƏ

Şəkidə 7 yaşlı məktəblini maşın vurub.

APA-nın məlumatına görə, hadisə rayonun rayonun Aşağı Göynük kəndi ərazisində baş verib. Şəki rayon sakini Tofiq Əzimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə kənd sakini, 2016-cı il təvəllüdlü Nuray Məmmədlini vurub. Azyaşlı xəsarət alaraq Şəki rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Məlumata görə, hadisə azyaşlı məktəbdən çıxıb evə getdiyi zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti