Nigeriyanın şimal-qərbində Niger çayında gəminin batması nəticəsində azı 22 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Nigeriyanın “Punch” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, xilasetmə və axtarış tədbirləri davam etdirilir. Qayığın göyərtəsində neçə nəfərin olduğu dəqiq məlum deyil.