Roma Əsasnaməsinin ratifikasiyası Putinə qarşı qeyri-dost addım kimi qəbul edilir - RF Şurasının sədr müavini

14:41 - 3 Oktyabr 2023 - DÜNYA

"Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etməsini çox təəssüf hissi ilə öyrəndim".

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Federasiya sədrinin müavini Yuri Vorobyov teleqram kanalında yazıb.

"Bu qərar bizim liderimiz, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinə qarşı qeyri-dost addım kimi qəbul edilir".

O qeyd edib ki, erməni parlamentarilərin qərarı Rusiya-Ermənistan Parlamentlərarası Komissiyasının işi çərçivəsində formalaşmış konstruktiv və inamlı münasibətləri məhv edir.

“Lakin mən əminəm ki, heç bir qüvvə rus və erməni xalqlarının çoxəsrlik dostluğunu poza bilməyəcək”, - o yazıb.

Xəbər xətti