Rais Rəsulzadənin vəziyyəti ilə bağlı Açıqlama

12:00 - 3 Oktyabr 2023 - Cəmiyyət

Əməkdar rəssam Rais Rəsulzadənin insult keçirməsi ilə bağlı məlumat vermişdik.

Hazırda müalicə aldığı Kliniki Tibbi Mərkəz R. Rəsulzadənin səhhəti ilə bağlı məlumat yayıb.

Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir: “Əməkdar rəssam Rais Rəsulzadə sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Rais Rəsulzadə lazımı müayinələrdən keçirilib, müalicələri aparılıb. Hazırda onun vəziyyəti stabildir. Ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub”.

Qeyd edək ki, R. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir. O, 1946-cı ildə Qazaxıstanda anadan olub və sonradan Azərbaycana köçüb. Ədib 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.///qafqazinfo

Xəbər xətti