Meta Instagram və Facebook-da ödənişli reklamların bloklanmasını tətbiq edə bilər

08:53 - 3 Oktyabr 2023 - Xəbər

Meta Platforms Corporation Facebook və Instagram platformalarının istifadəçilərinə reklamı dayandırmaq üçün pullu seçim təklif etməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Wall Street Journal məlumat yayıb.

Məlumata görə, yenilik bu xidmətlərin avropalı istifadəçilərinə təsir göstərə bilər. Qiymət tətbiqin istifadə olunduğu cihazdan asılı olacaq: hesablarına kompüterdən daxil olan istifadəçilər tərəfindən ayda təxminən 10,5 dollar ödəniləcək; smartfonlardan istifadə etməyə üstünlük verənlər üçün qiymət 14 dollar civarında olacaq.

Facebook və Instagram-dan pulsuz istifadə etmək mümkün olacaq, lakin bu halda hesab sahibi fərdiləşdirilmiş reklamı görəcək.

Nəşrin qeyd etdiyi kimi, bu yolla Meta istifadəçilərə onların əvvəlcədən razılığı olmadan fərdiləşdirilmiş reklam göstərmək imkanını məhdudlaşdırmaqla hədələyən Avropa İttifaqının qaydalarından yan keçməyə ümid edir. Korporasiya yaxın aylarda avropalı istifadəçilər üçün ödənişli abunə tətbiq etmək planlarını rəsmən elan edə bilər.

Xəbər xətti