Bakıda evdə yanğın olub, bir nəfər ölüb

08:40 - 3 Oktyabr 2023 - HADİSƏ

Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli binanın 1-ci mərtəbəsində baş verən yanğın nəticəsində 1 nəfər ölüb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə 1 ədəd yataq dəsti yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər xətti