Türkiyədə PKK ilə əlaqədə şübhəli bilinən 90 nəfər saxlanılıb

07:59 - 3 Oktyabr 2023 - DÜNYA

Türkiyə təhlükəsizlik qüvvələri PKK fəaliyyətində şübhəli bilinən 90 nəfəri saxlayıb.

Ucnoqta.az “TRT Haber”ə istinadən xəbər verir ki, ğlkənin 18 vilayətində antiterror əməliyyatları həyata keçirilib.

Əməliyyatlar PKK-nın məsuliyyəti üzərinə götürdüyü Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktından sonra həyata keçirilir.

Oktyabrın 1-də iki terrorçu binanın darvazalarına yaxınlaşıb, onlardan biri təhlükəsizlik məntəqəsində partlayıcını işə salıb. Atışma baş verib, nəticədə ikinci terrorçu zərərsizləşdirilib. İki polis əməkdaşı yüngül xəsarət alıb. Daxili İşlər Nazirliyi hücum edənlərdən birinin PKK üzvü olduğunu müəyyən edib.

Xəbər xətti