Neftin qiyməti ucuzlaşıb

07:10 - 3 Oktyabr 2023 - İQTİSADİYYAT

Brent markalı neftin qiyməti sentyabrın əvvəlindən bəri ilk dəfə bir barel üçün 90 dollardan aşağı düşüb.

Ucnoqta.az bu barədə London ICE birjasının ticarət məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, Brent markalı dekabr fyuçerslərinin qiyməti 0,77% azalaraq 89,73 dollar/barelə bərabər olub. Göstərici sentyabrın 8-dən bəri ilk dəfə olaraq 90 dollardan aşağıdır. WTI-nin noyabr fyuçersləri 0,9% ucuzlaşaraq 87,91 dollar olub.

Xəbər xətti