Təxribat törədən 1 erməni hərbici məhv edilib, ikisi yaralanıb

21:24 - 2 Oktyabr 2023 - Xəbər

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ucnoqta.az xəbər verir ki,  Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq tədbirlər görülüb. Bu zaman Ermənistan tərəfdə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən ER Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Köçəryan Aram Tiqranoviçdir.

Xəbər xətti