Polşa ilk dəfə olaraq öz ərazisində döyüşdə zədələnmiş “Ukrayna Leopard 2” tankını təmir edərək onu yenidən Kiyevə təhvil verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa dövlət müdafiə konserninin PGZ X sosial şəbəkəsində məlumat verilib.
"Başqaları gələcəklə bağlı bəyanatlar verərkən, biz Ukrayna tərəfi ilə razılaşaraq hərəkət edirik. Bumar-Labendidə xüsusi modernləşdirmədən keçən ilk "Leopard" tankları Ukrayna tərəfi tərəfindən qəbul edilib", - Polşa konserni vurğulayıb.